Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirib. Bu haqda 20 iyul tarixində rayon İcra Hakimiyyəti məlumat verib.
Rayonun icra başçısı Asif Əsgərov sakinləri narahat edən məsələlərlə maraqlanıb, aparılan əsaslı təmir işləri ilə tanış olub, onların müraciətlərini dinləyib.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilib.