Bakı ilə İslamabad arasında birbaşa uçuşlara başlanılıb. Bu haqda 7 iyun tarixində Report məlumat verib.
Pakistanın paytaxtı İslamabaddan Bakıya birbaşa uçuşlara start verilib. Uçuşlar hər həftənin bazar ertəsi günü İslamabaddan, cümə günü isə Bakıdan həyata keçiriləcək.
Mart ayından etibarən isə Pakistanın digər iki böyük şəhəri - Karaçi (həftədə bir dəfə) və Lahordan (həftədə iki dəfə) Bakıya birbaşa uçuşlara başlanılmışdır.