top
Paytaxt avtobuslarında Wi-Fi nə vaxt olacaq?
11 iyul 2022, 02:30
- ↺ +

Paytaxt avtobuslarında Wi-Fi nə vaxt olacaq?

Bir müddət əvvəl sərnişinlərin ictimai nəqliyyat vasitələrində pulsuz Wi-Fi-dan istifadə edə biləcəkləri barədə məlumat verilmişdir. Lakin bu xidmətin bir neçə aydır fəaliyyət göstərməsinə baxmayaraq, sərnişinlər hələ də bundan yararlana bilmirlər. Bu haqda APA TV reportaj təqdim edib.

“BakuBus”-ın sərnişinləri qeyd edir ki, internetdən istifadə etmək mümkün deyil, qoşula bilənlər isə sürətdən şikayətlənirlər.

“BakuBus” MMC-dən isə mövzu ilə bağlı bildirdilər ki, hazırda qurumun istismarında olan 5 və 7A nömrəli marşrut xətləri üzrə hərəkət edən avtobuslarda pulsuz Wi-Fi var. Bu avtobuslarda digər qurumla birlikdə həyata keçirilən özəl ictimai tərəfdaşlıq çərçivəsində aprel ayından pulsuz Wi-Fi xidməti sınaq şəklində qoşulub. Hazırda bu sahədə qarşıya çıxan çətinliklərin aradan qaldırılması, o cümlədən avtobuslardan istifadə edən sərnişinlərin daha sürətli internetlə təmin olunması istiqamətində iş aparılır. Yaxın vaxtlarda avtobusların daha sürətli internetlə təchiz olunması nəzərdə tutulur.

Marşrutlarda pulsuz Wi-Fi xidməti olan özəl şirkətlərdən "Xaliq Faiqoğlu"-nun istismarında olan 18, 61, 65 saylı marşrut xətlərində vaxtikən sözügedən xidmət olub. Lakin indi aktiv deyil.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki, avtobus kart sistemi, dayanacaqlara vaxtında çatma və digər problemlərin yaşandığı bir vaxtda marşrutlarda Wi-Fi xidmətinin təkmilləşdirilməsi istiqamətində işləri gözləmək absurddur.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə bildirdilər ki, avtobuslardakı Wi-Fi şəbəkəsində sürətin zəif olması qurumla bağlı bir məsələ deyil, və Bakı sakinlərinə vəd edilmiş xidmətdən nə vaxt istifadə edə biləcəkləri ilə bağlı heç bir şərh verə bilmirlər.

 

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
Bu gün, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
Bu gün, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
Bu gün, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
Bu gün, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
Bu gün, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
Bu gün, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Bu gün, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Bu gün, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Bu gün, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Bu gün, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Bu gün, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Xəbər
Bu gün, 00:15

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Xəbər
Dünən, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
Dünən, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
Dünən, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
Dünən, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
Dünən, 15:09

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Xəbər
Dünən, 14:30

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Xəbər
Dünən, 12:50

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Xəbər
Dünən, 12:26

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi öldü

Xəbər
Dünən, 11:35

Ötən gün 56 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:44

İnterpolun axtardığı şəxs Polşadan Azərbaycana göndərildi

Oxşar xəbərlər