Son günlər Bakıda və Abşeron yarımadasında havada müşahidə olunan toz dumanı yerli xarakter daşıyır. Bu haqda bu gün, 19 iyul tarixində Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovaya istinadən Report məlumat verib.
Yarımadada şimal-qərb küləyinin güclənməsi nəticəsində torpağın yuxarı quru səthində əmələ gələn toz kütlələrinin yayılması müşahidə olunur.
Bu gün səhər saatlarında Bakının Xətai rayonunda toz hissəcikləri normadan 1,4 dəfə, Nizamidə 1,5, Səbaildə isə 1,2 dəfə yüksəkdir. Güclü şimal-qərb küləyi və meteoroloji şəraitdə tozlu havanın həftəsonuna qədər davam edəcəyi gözlənilir.