Bakıda küçələrdən birinə Xarıbülbül adı veriləcək. Bu haqda bu gün, 25 may tarixində Oxu.az məlumat verib.
Təqdim olunan təklif Bakı Şəhər İcra Hakimiyyətinin tərkibindəki yeni yaranan küçə adları ilə bağlı Komissiyası tərəfindən müsbət qiymətləndirilib. Hazırda hansı küçəyə Xarıbülbül adının verilməsi ilə bağlı müzakirələr gedir.
Bildirilir ki, Bakının qəribə adlanan küçələri, yeni tikililəri və adsız məhəllələri ilə bağlı araşdırma aparılır. Bu küçələrin adları dəyişdiriləcək, yenilərinə isə adlar veriləcək. Qərara əsasən, bir çox küçələr şəhidlərin, milli qəhrəmanların və tanınmış şəxslərin adlarını daşıyacaq.