Süleyman Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbinin şagirdi uğura imza atıb. Bu haqda 7 iyun tarixində Məktəbin facebook səhifəsində məlumat verilib.
Fransanın paytaxtı Parisdə keçirilən Beynəlxalq Pianoçular Müsabiqəsində Süleyman Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbinin fortepiano ixtisası üzrə V sinif şagirdi Dəniz Manafova (müəllim K.Abbasova) uğurla çıxış edib.
Dəniz müsabiqədə “solo ifa” nominasiyasında I dərəcəli “Diplom”la təltif olunub və “laureat” adına layiq görülüb.