Süleyman Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbinin şagirdi uğura imza atıb. Bu haqda 28 may tarixində məktəbin Facebook səhifəsində məlumat verilib.
Rusiyanın Moskva şəhərində keçirilən “Art Talents” ll Beynəlxalq Müsabiqəsində Süleyman Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbinin fortepiano ixtisası üzrə I sinif şagirdi Ayan Əsgərova (müəllim Z.Səfərova) uğurla çıxış edib.
Ayan müsabiqədə “solo ifa” nominasiyasında I dərəcəli “laureat” adına layiq görülüb.