Paytaxt məktəbliləri arasında keçirilən müsabiqənin zona birinciliyi yekunlaşıb. Bu haqda BakuPlus.az bu gün, 26 may tarixində xəbər verir.
Paytaxt məktəbliləri arasında keçirilən “Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika yarışlarının Bakı şəhəri üzrə zona birinciliyində 102, 56, 136, 274, 207, 229, 186, 295, 28, 50, 285, 31 nömrəli tam orta məktəblər, 220 nömrəli məktəb-lisey və Bakı Slavyan Universitetinin nəzdindəki məktəb-liseyin komandaları qalibiyyət uğrunda mübarizə aparıb.
Birincilikdə Bakı şəhəri ilə yanaşı, Sumqayıt məktəbliləri də qüvvələrini sınayıb. Ümumilikdə birincilikdə 17 məktəb komandasını 119 məktəbli təmsil edib.
Qaliblər:
1-ci yer - 31 nömrəli tam orta məktəbin komandası;
2-ci yer - 229 nömrəli orta məktəbin komandası;
3-cü yer - 220 nömrəli məktəb-liseyin komandası.
Bu komandalar “Gənc xilasedici və yanğınsöndürən” yarışları üzrə respublika birinciliyində iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, “Gənc xilasedici və yanğınsöndürən” respublika yarışları Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilib.
[caption id="attachment_46006" align="alignnone" width="800"]
Foto Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi saytı[/caption]