İyunun 4-nə keçən gecə baryerlərin quraşdırılması ilə əlaqədar Rəsul Rza küçəsi ilə Neftçilər prospektinin kəsişməsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq. Bu haqda bu gün, 3 iyun tarixində Report məlumat verib.
Həmçinin iyunun 5-nə keçən gecə Neftçilər prospektində Bakı Dəniz Limanının qarşısında beton bloklar qoyulacaq. Bu səbəbdən yol bir az daralacaq.
Həmin ərazilərdə nəqliyyatın hərəkəti yarışdan sonra bərpa olunacaq.
[URIS id=47212]