Bakıda Müstəqillik Günü münasibətilə “Müstəqil Azərbaycan: gerçəklik işığında” adlı Respublika Konfransına start verilib. Bu haqda BakuPlus.az bu gün, 25 may tarixində xəbər verir.
Konfransa Bakı Avrasiya Universiteti Türkoloji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə 25-26 may tarixlərində keçiriləcək.
İki gün davam edəcək konfrans dil, ədəbiyyat, tarix, siyasət, təhsil, iqtisadiyyat, informasiya texnologiyaları, beynəlxalq əlaqələr, regional problemlər, idarəetmə, fəlsəfə, sosiologiya, turizm kimi sahələrdə akademik mövzuların və aktual məsələlərin müzakirəsi baş tutacaq.
Konfransın açılış nitqini universitetin elmi işlər üzrə prorektoru, professor Gülzar İbarahimova edib.
“Müstəqil Azərbaycan - azad Şuşa”, “Şairlər şəhəri Şuşa”, “Qarabağın döyünən ürəyi Şuşa, sən azadsan!” kimi bölmələrdə elm adamları konfrans materialları ilə çıxış ediblər.
Konfransa mayın 26-sı yekun vurulacaq.