Bakıda nağdsız ödəniş sistemində, eləcə də bankomatlardan vəsaitlərin çıxarılmasında problemlər müşahidə olunur. Bu haqda bu gün, 20 iyun tarixində Caliber.az məlumat verib.
Bir sıra vətəndaşların sözlərinə görə, POS-terminallar vasitəsilə ödəniş etmək mümkün deyil. Müxtəlif bankomatlardan nağd pulun çıxarılmasında da problemlər var.
Ticarət obyektlərinin işçiləri bunu sistemdəki nasazlıqlarla izah edirlər.