İyulun 7-dən avqustun 7-dək Bakının müxtəlif yerlərində ölkədə ilk dəfə olaraq qurama festivalı keçiriləcək. Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az “İçərişəhər” Muzey Mərkəzinə istinadən məlumat verir.
Tədbirlər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Festival zamanı Azərbaycan muzeylərinin fondlarında saxlanılan qurama nümunələri və qurama sənətkarlarının əl işlərindən ibarət sərgi nümayiş olunacaq. Sərgilər çərçivəsində təcrübəli sənətkarlar tərəfindən qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiriləcək.
Tədbirdə, həmçinin qurama ilə bağlı şeir və bayatı nümunələrindən ibarət poeziya axşamı, musiqi gecəsi təşkil olunacaq.