Bakıda 22 iyul tarixində rəssamlıq həvəskarları üçün ustad dərsi keçiriləcək. Bu haqda bu gün, 16 iyul tarixində Bakuplus.az məlumat verir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq ixtisası üzrə məzunu olan rəssam qarışıq texnika ilə akademik üslubda portretin çəkilməsini iştirakçılarla birgə praktika edəcək.
Saat 17:00-da başlayacaq dərs Artlife studiyasında baş tutacaq. Dərs ödənişlidir və 20 manat təşkil edir. Qiymətə lazımi materiallar, kofe-breyk və fotosessiya daxildir. Qeydiyyatdan keçmək üçün 055-246-25-60 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.