Türkiyənin “Pegasus” şirkətinin Bakı-Alaniya reysləri ləğv edilib. Bu haqda 13 iyun tarixində Fed.az məlumat verib.
Türkiyənin aşağı büdcəli “Pegasus” aviaşirkətinin Bakıdan Alaniyaya uçan reysləri iyunun 20-dən sonra ləğv edilir. Şirkət yay mövsümünün sonunadək bu istiqamətdə uçuşların olmayacağını bildirib.
“Pegasus”-un Bakı ofisindən reyslərin ləğv edildiyi təsdiqlənib, amma səbəb açıqlanmayıb. Şirkətdən bildirilib ki, iyunun 20-dək alınan biletlərlə uçmaq “böyük ehtimalla mümkün olacaq”, amma ondan sonrakı reyslər ləğv edilib.
Hazırda “Pegasus”-un Azərbaycandan iki istiqamətdə reysləri var - Bakı-İzmir və Gəncə-İstanbul reysləri aktivdir.