Azərbaycanın məşhur qarışıq döyüş növləri üzrə döyüşçüsü Rafael Fiziyev azarkeşlərlə avqustun 5-də “Deniz Mall”-da görüşəcək. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.
Görüşdə idmançının avtoqraf sessiyası keçiriləcək. Bütün idman həvəskarları üçün giriş pulsuzdur.
29 yaşlı döyüşçü braziliyalı Rafael Dos Anjusla Las-Veqasda keçirdiyi son döyüşündə ilk dəfə Azərbaycanı təmsil edib. Fiziyev UFC Vegas 58 turniri çərçivəsində döyüşün sonuncu, 5-ci raundunda rəqibini nokaut edib. Bu, onun UFC-də ardıcıl altıncı qələbəsi idi.