Tədris ilinin bitməsi münasibətilə Bakıda “Biz Sənətkarıq” adlı sərgi keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 15 iyun tarixində xəbər verir.
“Cultural Network House” Assosiasiyası və Şərq Bazarının təşkilatçılığı ilə baş tutacaq tədbir uşaqlara həsr olunub.
Sərgidə 50-dən çox sənət fəalları öz əl işlərini satışa çıxaracaqlar.
İştirak etmək istəyənlər 19 iyun 11:00-dan 20:00-dək Şərq Bazarının 3-cü mərtəbəsinə baş çəkə bilər.