Heydər Əliyev Beynəlxalq Aeroportu “LOT” aviaşirkətinin ilk reysini qəbul edib. Bu haqda 28 may tarixində Heydər Əliyev adına Beynəlxalq Hava Limanı məlumat verib.
Bu gün səhər Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “LOT” aviaşirkətinin Varşavadan yerinə yetirilmiş ilk sərnişin reysinin təntənəli açılışı olub. Yeni aviadaşıyıcının təyyarəsi ənənəvi olaraq su tağı ilə qarşılanıb.
“LOT” aviaşirkəti Varşavadan Bakıya və geriyə uçuşları həftədə dörd dəfə yerinə yetirəcək.
[video width="1280" height="720" mp4="https://bakuplus.az/storage/photos/2022/05/284857148_3078927492357030_1138672462645534729_n.mp4"][/video]