Bakının Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən zibilliklə bağlı Dövlət Ekoloji Təhlükəsizliyi Xidmətinə daxil olmuş müraciət araşdırılıb. Bu haqda bu gün, 19 yanvar tarixində qurumun mətbuat xidmətinə istinadən Bakuplus.az məlumat verir.
Xidmətin nümayəndəsi Vaqif Cavadov bildirib ki, qeyd olunan ünvana keçirilən baxış zamanı aidiyyəti qurumların əməkdaşları tərəfindən artıq ərazinin tullantılardan təmizlənməsi işlərinə başlanıldığı müəyyən edilib.
[URIS id=87403]