Azərbaycanda kişilərin və qadınların orta boy və çəki göstəriciləri açıqlanıb.
Bakuplus.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə kişilərin orta boyu 171,6 santimetr, orta çəkisi isə 73,7 kiloqramdır.
Qadınlar arasında isə orta boy göstəricisi 163,7 santimetr, orta çəki 66,1 kiloqram təşkil edir.
Statistikaya əsasən, kişilərin orta boyu qadınlarla müqayisədə 7,9 santimetr çoxdur. Çəki göstəricilərində də fərq müşahidə olunur. Belə ki, kişilərin orta çəkisi qadınların orta çəkisindən 7,6 kiloqram artıqdır.
Qeyd edək ki, bu rəqəmlər əhali üzrə orta göstəriciləri əks etdirir. Fərdi boy və çəki göstəriciləri yaş, həyat tərzi, qidalanma və digər amillərdən asılı olaraq dəyişə bilər.