“Suraxanı” gəmi-muzeyində “Açıq qapı” günü olacaq. Bu haqda 20 iyun tarixində www.seanews.az xəbər verib.
“Açıq qapı” 25 iyun - Dənizçi Günü münasibətilə baş tutacaq. Saat 15:00-da Xəzər dənizində yelkənli qayıqların yarışı da təşkil ediləcək. Bundan əlavə, gəminin göyərtəsində gəmiçiliyə aid maraqlı suvenir və əşyalar satışa çıxarılacaq.
Muzeydə ziyarətçiləri xüsusi musiqili şou-proqram gözləyir.