Bakıda tanınmış televiziya aparıcıları "Media savadlılığının artırılması" mövzusunda təlimlər keçirəcəklər. Bu haqda BakuPlus.az Nərimanov Rayon Gənclər və İdman İdarəsinə istinadən bu gün, 19 iyul tarixində xəbər verir.
19-20 iyul, saat 14:00-da 7 saylı Bakı "ASAN xidmət" Mərkəzində "Media savadlılığının artırılması" mövzusunda təlimlər keçiriləcək.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və "ASAN Könüllüləri" Təşkilatının 1 saylı Bakı "ASAN xidmət" Mərkəzi üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Asan Xidmət könüllüləri üçün keçiriləcək təlimlər 22 iyul - Milli Mətbuat Günü münasibətilə baş tutacaq.