top
TƏBiB poliklinika həkimlərini niyə incidir? – İDDİA + YENİLƏNİB
11 iyun 2026, 10:15
- ↺ +

TƏBiB poliklinika həkimlərini niyə incidir? – İDDİA + YENİLƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, dövlət poliklinikalarında həkim otaqlarında məişət əşyalarının istifadəsinə məhdudiyyət qoyulduğu iddia edilib.

Məsələ ilə bağlı TƏBİB Bakuplus.az-ın sorğusuna cavab olaraq bildirib ki, tibb işçiləri və pasiyentlərin təhlükəsizliyinin hər zaman prioritet məsələlərdən biri olduğunu nəzərə alaraq bu istiqamətdə davamlı təhlükəsizlik tədbirləri həyata keçirilir:

"Yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər Azərbaycan Respublikasının "Yanğın təhlükəsizliyi haqqında" Qanunu və "Səhiyyə obyektlərində yanğın təhlükəsizliyinə əməl olunması qaydaları"nın (Qaydalar) tələblərinə uyğun olaraq aparılır. 

Qeyd olunan Qaydaların 2.14-cü bəndinə əsasən, su qaynadanların, su qızdırıcıların və su qaynatmaq üçün xüsusi qurğulu çənlərin quraşdırılmasına yalnız mətbəxlərdə və ya bu məqsədlər üçün nəzərdə tutulmuş otaqlarda icazə verilir. Bu baxımdan, tibb müəssisələrinin iş otaqlarında fəaliyyət yanğın təhlükəsizliyi tələbləri nəzərə alınmaqla tənzimlənir və elektrik çaydanları, elektrik qızdırıcıları, soba və digər analoji məişət avadanlıqlarının istifadəsinə yol verilmir".

Qurumdan bildirilib ki, tibb müəssisələrinin bütün əməkdaşları yanğın və elektrik təhlükəsizliyi qaydalarını bilməli və onlara ciddi riayət etməlidirlər:

"Klinika, poliklinika, doğum evləri, dispanserlər, xəstəxanalar və digər səhiyyə müəssisələrində yanğın təhlükəsizliyinin təmin olunmasına görə məsuliyyət həmin müəssisələrin rəhbərlərinin üzərinə düşür. Müəssisə rəhbərləri təhlükəsizlik qaydalarının icrasını təmin etməli və əməkdaşlar tərəfindən bu qaydalara riayət olunmasına nəzarət etməlidirlər".

06.09.2026

***

Dövlət poliklinikalarında həkim otaqlarında məişət əşyalarının istifadəsinə məhdudiyyət qoyulduğu iddia edilir.

Bununla bağlı Bakuplus.az-ın redaksiyasına poliklinikalarda çalışan tibb işçilərindən müraciətlər daxil olub.  

İddia olunur ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yeni rəhbərliyi dövründə həkim otaqlarında istifadə edilən çaynik, fincan və digər məişət əşyalarının yığışdırılması ilə bağlı göstəriş verilib.

Tibb işçilərinin sözlərinə görə, bu tələb bəzi səhiyyə müəssisələrində narazılıqla qarşılanıb. 

Şikayətçilər bildirirlər ki, həkim otaqlarında çay və digər isti içkilərin hazırlanması üçün istifadə olunan avadanlıqların saxlanılmasına məhdudiyyət tətbiqini nəzərdə tutan qərarın səbəbləri və hüquqi əsasları barədə əməkdaşlara hər hansı rəsmi izahat verilməyib.

Qeyd edək ki, məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb. Lakin suallarımız cavabsız qalıb.

Firuzə Babayeva

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Xəbər
Bu gün, 00:01

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Siyasət
Dünən, 21:00

Mehdiyev dövlət təltiflərini də itirəcək

Siyasət
Dünən, 20:43

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Xəbər
Dünən, 17:28

Hökumət üzvlərinin noyabrda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Xəbər
Dünən, 17:26

Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb

Siyasət
Dünən, 17:17

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb

Xəbər
Dünən, 16:55

Bakıda kişi paltaryuyan maşının səsinə görə arvadını döydü

Xəbər
Dünən, 16:33

Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?

Aktual Xəbərlər
Dünən, 15:21

"Hakimlərin Etik Davranış Kodeksi" yeni redaksiyada qəbul edilib

Xəbər
Dünən, 14:37

Model Razi Əliyevanı döyən iş adamına 9 il 6 ay HƏBS

Xəbər
Dünən, 13:37

Azərbaycanda icra başçısı cərimələndi

Siyasət
Dünən, 13:17

Penitensiar xidmətə yeni rəis təyin edildi

Xəbər
Dünən, 11:47

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Xəbər
Dünən, 11:23

Kişi telefonuna baxmaq istəyən sevgilisini döydü

Siyasət
Dünən, 11:08

Azərbaycan Prezidenti: İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi birləşdilər

Siyasət
Dünən, 11:08

Prezident: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır

Siyasət
Dünən, 10:43

İlham Əliyev Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb

Xəbər
Dünən, 10:30

Bakıda yeni park salınır - FOTO

Xəbər
Dünən, 10:11

İdarə əməkdaşları zibil yeşiklərini oğurladılar - 70 manata satdılar

Xəbər
Dünən, 09:41

23 yaşında vəfat etdi, nişanlısı bir daha ailə qurmadı - Dahi bəstəkarın anım günüdür

Xəbər
Dünən, 09:21

Nərimanov rayonunda bəzi ərazilərdə qaz təchizatında fasilə yaranacaq

Xəbər
Dünən, 09:14

Yasamalın bir hissəsində bu gün elektrik enerjisi olmayacaq

Xəbər
Dünən, 09:10

"Ceyhun Sabunçu" ləqəbli Cəlal Mirağayevin qətli ilə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Oxşar xəbərlər