“TeknoFest”-ə giriş məhdudlaşdırılıb. Bu haqda bu gün, 28 may tarixində Bakuplus.az xəbər verir.
Tədbir əməkdaşlarının sözlərinə görə, Dövlət tədbiri ilə əlaqədar əraziyə saat 20:30-dan etibarən daxil olmaq mümkün olacaq.
Bu gün üçün bileti olan şəxslər axşam saatlarında girişə yaxınlaşa bilərlər. Daha öncə festivalın əyləncə proqramında dəyişikliyin baş verməsi barədə məlumat yayılmışdır.