Bakı Zooloji Parkında “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil ediləcək. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Oxu.az -a istinadən xəbər verir.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar zooparkın müxtəlif ərazilərində xüsusi pavilyonlar quraşdırılacaq. Ziyarətçilər ödənişsiz oyunlara və yarışlara qatılaraq hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.
Bununla yanaşı, balacalar üçün açıq havada üzboyama, köpük-şou, ponilərlə gəzinti, eləcə də keramika, təbii parçalardan oyuncaqların hazırlanması kimi müxtəlif şənliklər və ustad dərsləri də təşkil olunacaq.