Xətai rayonunda 5 saylı Bakı DOST mərkəzi yaxın zamanda açılacaq. Bu haqda bu gün, 25 iyun tarixində Bakuplus.az məlumat verir.
Bildirilir ki, iyun ayının sonuna kimi mərkəzin tikinti və təmir işləri tamamlanaraq, mebel və İT infrastrukturunun qurulması üçün hazır olacaq.
Mərkəzin dəqiq yeri, açılış günü və iş saatları daha sonra ictimaiyyətə bildiriləcək.