YARAT-da “Reklamda kreativlik” adlı tədbir keçiriləcək. Bu haqda 5 avqust tarixində Bakuplus.az məlumat verir.
Tədbir YARAT Müasir İncəsənət Məkanında avqustun 10-da saat 19:00-da “Cannes Lions” və “Endorphin” reklam agentliklərinin birgə əməkdaşlığı ilə yaradıcı və marketinq sektorunda fəaliyyət göstərən mütəxəssislər üçün nəzərdə tutulub.
Həmçinin tədbirdə "Cannes Lions 2022" festivalının "Young Lions" müsabiqəsində Azərbaycanı təmsil edən iştirakçılar və festivalın əsas bölümündə iştirak etmiş reklam agentliklərinin, həmçinin müxtəlif yerli brendlərin nümayəndələri fikir mübadiləsi apararaq, bilik və təcrübələrini bölüşəcəklər.