Bakıda iki azyaşlı uşaqla birlikdə özünü yaşayış binasının 5-ci mərtəbəsindən atan Aytən Abbasovanın vəziyyəti stabil-ağır olaraq qalır. Bu haqda bu gün, 22 iyul tarixində Oxu.az məlumat verir.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamira Adilovanın sözlərinə görə, qadın Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində zəruri tibbi yardım alır. Uşaq isə ailənin istəyi ilə digər tibb müəssisəsinə köçürülüb.
Uşağın yerləşdirildiyi klinikanın yeri, TƏBİB-in tabeliyində olmadığını üçün dəqiq məlum deyil. Xəstəxanada anaya kiminsə baş çəkməsi barədə də məlumat verilmir.