top
Yay kiçik həyatdır: Bakının həyətlərində uşaqlar hansı oyunları oynayırdılar
16 iyun 2022, 06:43
- ↺ +

Yay kiçik həyatdır: Bakının həyətlərində uşaqlar hansı oyunları oynayırdılar

Bakının isti yayı, günəşdən əriyən asfalt, Xəzərdən əsən duzlu külək - bütün bunlar uşaqlığı xatırladır. Yay tətilləri öz qaydaları, sevincləri və kədərləri olan kiçik bir həyat idi. “Evə su içməyə getsəm, anam məni həyətə buraxmaz” - uşaqlığın əsl problemi bu idi. Ona görə də qonşu bağda krandan su içib, sakitcə ağaclardan yetişmiş gilasları yığıb ağzımıza qoyurduq.

21-ci əsrdə uşaqlar böyük şəhərlərin həyətlərindən tədricən yoxa çıxıblar - indi onlar kompüter oyunları oynayır və ya xüsusi təşkil olunmuş uşaq klublarında səmərəli vaxt keçirirlər. Uşaqlarla birlikdə həyət oyunları mədəniyyəti də itdi. Uşaqlar hələ də böyüklərin nəzarəti altında oyun meydançalarında tapıla bilərsə, məktəblilər demək olar ki, tamamilə görünmür.

Qədimdən xalq və uşaq oyunları nəsildən-nəslə keçərək bu günə qədər qorunub saxlanmışdır. Onlar qədim zamanlardan insanların həyat tərzini, məişətini, adət-ənənələrini, namusluq, mərdlik, güc, dözümlük ideyalarını əks etdirirdi.

Bakuplus.az boş yay həyətlərinə göz gəzdirir və itmiş oyunları xatırlayır. Məhz bu oyunların sayəsində biz bir çox cəhətdən böyüklərə çevrilmişik. Sizə qədim zamanlardan bu günə kimi Abşeronda və Bakıda yayılmış oyunların bəzilərini təqdim edirik:

Bənövşə. Bənövşə oyunu qədim oyunlardan biridir. İştirakçılar 2 dəstəyə bölünüb, 10 addım məsafədə üzbəüz dayanırlar. Hər dəstədə olan uşaqlar bir-birinin əlindən möhkəm tutub sıra düzəldirlər. Dəstələrdən biri oyuna başlardı. Bir nəfər o biri dəstəyə müraciət edərək deyərdi:

- Bənövşə!

Onlar cavab verərdi:

- Bəndə düşə.

- Bizdən sizə kim düşə?

- Sizdən bizə Rzaqulu düşə.

Bu zaman Rzaqulu dəstədən aralanaraq bir qədər arxaya çəkilər və var qüvvəsi ilə qabaqdakıların əllərini “qırmaq” üçün sürətlə qaçaraq özünü onların əlləri üstünə atardı.

Əlləri qıran oyunçu, o biri dəstədən bir nəfəri də özü ilə dəstələrinə əsir aparardı. Lakin qıra bilməsə özü onların dəstələrində əsir qalardı.

Qundaq-qundaq. 20-yə qədər oyunçu dövrə vurub oturardı, özlərinə ana seçərdilər. O zamanlar uşaqlar çuxanı və ya yorğanı yumrulayıb top formasına gətirərdilər. O top “ana”nın əlində olardı. Bir nəfər də “ana”nın arxasında ayaqüstə dayanardı. “Ana” topu gah sağa, gah sola tullardı. Yandakılar tutub yoldaşlarına ötürərdilər. Ayaq üstə duran həmin topu oyunçuların əlindən almağa çalışardı. Onlar isə topu tez tutub yoldaşlarına ötürməyə cəhd edərdilər. Top kimin əlində tutulsa idi, o, yerini ayaq üstəkinə verməli idi.

Yeddi daş. Bu oyunu oynamaq üçün qədimdən yeddi yastı daş parçası istifadə olunurdu. Lakin son zamanlar daş parçalarının əvəzinə şüşə qırıqlarından istifadə edilməsi səbəbindən oyun bəzən “Yeddi şüşə” də adlandırılır. Oyunun qaydası belədir: 2 komanda olur. Biri üst-üstə yığılmış 7 şüşəni topla dağıdır. Həmin komanda 7 şüşəni yenidən toplayıb üst-üstə yığarsa, qalib olur. Digər komandanın üzvləri isə şüşələri toplamağa qoymur, toplayanları vurur və hamını vurarsa qalib gəlir.

Gizlənqaç (gizlənpaç). Qədim Bakıda, həmçinin “gizlənqaç” adlandırılırdı. Oyunda 10-15 uşaq iştirak edə bilərdi. Gözlərini yuman başqalar gizlənənədək gözləməli idi. Onlar gizləndikdən sonra gözlərini açıb, gizlənənləri tapmalı idi. Gizlənənlər aşkara çıxıb qaçsaydılar, gözlərini yuman uşaq onları qovmalı və birini tutmalı idi. Əgər qovan iştirakçı onlardan birini tutsaydı, tutulmuş oyunçu gözlərini yummalı idi. Heç birini tuta bilməsəydi, o zaman təzədən özü gözlərini yummalı, oyun yenidən başlanmalı idi.

Çərpələng uçurmaq Abşeronda uşaq və gənclərin ən sevimli məşğuliyyəti idi. Çərpələnglər yalnız qalın kağızdan hazırlanırdı. Nazik taxta budaqlar çapraz şəkildə kağıza xüsusi qaynaqlanmış nişasta ilə yapışdırılıb və onlara möhkəmlik üçün çınqıl kimi hər hansı ağır əşyalar salınırdı. Bir-iki gün sonra, çərpələng quruyanda, iki küncdən budaqlara təxminən bir metr uzunluğunda nazik bir parça lent bağlanırdı.

Çərpələng düzəltmək və uçurmaq işi uşaqları o qədər cəlb edirdi ki, bir neçə ailənin uşaqları səhərdən axşama kimi, çox vaxt birlikdə, həvəslə bu işlə məşğul olurdular. Tez-tez qonşu uşaqlar kimin çərpələngi daha yüksəkdə uçacaq və havada daha uzun müddət dayanacağı üçün yarışırdılar.

Mənbələr: 


  1. Sarabski Hüseynqulu. Köhnə Bakı. Bakı-2006

  2. Məmmədova M.N. Azərbaycan və Anadolu folklorunda oyun və tamaşalar. Bakı-2014

Son xəbərlər

Xəbər
Bu gün, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Bu gün, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
Dünən, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
Dünən, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
Dünən, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
Dünən, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
Dünən, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
Dünən, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
Dünən, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Dünən, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Dünən, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Dünən, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Dünən, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Dünən, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Xəbər
Dünən, 00:15

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Xəbər
01 oktyabr 2026, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
01 oktyabr 2026, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
01 oktyabr 2026, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
01 oktyabr 2026, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
01 oktyabr 2026, 15:09

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Xəbər
01 oktyabr 2026, 14:30

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Xəbər
01 oktyabr 2026, 12:50

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Xəbər
01 oktyabr 2026, 12:26

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi öldü

Oxşar xəbərlər