Bakıda yol polisi əməkdaşları taksi avtomobilində halı pisləşən hamilə qadını xəstəxanaya çatdırıb. Bu haqda məlumat bu gün, 21 may tarixində Avtosfer.az sosial şəbəkə istifadəçisi Anar Rəsulova istinadən məlumat verib.
Anar Rəsulov səhər işə gedərkən taksi xidmətinə qoşulduğunu və avtomobilinə müştəri xanım oturduğunu deyib. Bir müddət sonra hamilə qadının vəziyyəti pisləşib. Səhər saatlarında yollarda tıxac olduğuna görə yaxınlıqda fəaliyyət göstərən 99-YP-445 dövlət nömrə nişanlı patrul avtomobilinin ekipajına müraciət edib.
Vəziyyətin ciddiliyini nəzərə alan yol polisi əməkdaşları xanımı xəstəxanaya çatdırıb. Anar Rəsulov yol polisi əməkdaşlarına təşəkkür edib və bildirib ki, onların köməkliyi olmasaydı, vəziyyət acınacaqlı ola bilərdi.