MİDA-nın adından 439 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən qadın ifadə verib. Bu haqda 7 iyul tarixində Report məlumat verib.
Dələduzluqda təqsirləndirilən Elmi-Tədqiqat Pediatriya İnstitutunun keçmiş tibb bacısı Günay Məmmədovanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Belə ki, Günay Məmmədova sosial binalardan mənzillərin ayrılması üçün 46 nəfərdən ümumilikdə 439.000 manat pul alaraq mənimsəyib. O, vətəndaşlara, guya MİDA-nın vəzifəli şəxslərinə rüşvət verilməsi müqabilində güzəştli şərtlərlə mənzillərin alınmasına kömək göstərəcəyini deyib.
Prosesdə ifadə verən Günay Məmmədova özünü qismən təqsirli bilib. Lakin ondan şikayətçi olan şəxslərin böyük əksəriyyətini tanımır.
Məhkəmənin növbəti iclası iyulun 21-nə təyin edilib.