Aeroport yolunda qəza baş verib. Bu haqda 4 iyul tarixində Metbuat.az məlumat verib.
Qəza səhər saatlarında baş verib. Belə ki, hərəkətdə olan "Mercedes" markalı yük avtomobili "Hyundai" markalı minik maşınına çırpılıb.
İlkin məlumata görə, qəza nəticəsində bir nəfər dünyasını dəyişib.