Şamaxı rayonunda qəza zamanı Bakı sakini ölüb. Bu haqda 15 avqust tarixində Report məlumat verib.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Acıdərə kəndi ərazisindən keçən hissəsində avqustun 14-ü saat 22:30 radələrində Tovuz rayon sakini, 31 yaşlı Nazim Nəbiyevin idarə etdiyi "Hyundai" markalı avtomobil ilə idarəetməni itirib və nəqliyyat vasitəsini aşırıb. Qəza nəticəsində avtomobildə olan sərnişin - 41 yaşlı Bakı sakini Rauf Abdullayev hadisə yerində keçinib.
Digər sərnişinlər, paytaxt sakinləri - 40 yaşlı Pərvanə Abdullayeva və 49 yaşlı Könül Yusifova bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma davam edir.