Bakıda qadınların bank hesabından pul çıxaran şəxs saxlanılıb. Bu haqda 4 iyul tarixində Report məlumat verib.
Bakıda müxtəlif vaxtlarda paytaxt sakinləri olan 4 qadının bank hesablarından dələduzluq yolu ilə pul çıxarılıb. Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində Gədəbəy rayon sakini O.Hüseynov saxlanılıb.
Araşdırma zamanı onun daha bir qadının bank hesabından 1000 ABŞ dolları oğurlaması da müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.