Bakıda DYP avtmobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az Qafqazinfo-ya istinadən bu gün, 19 iyul tarixində xəbər verir.
Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində 60 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı avtobusla DYP-yə məxsus "BMW" markalı xidməti avtomobil toqquşub.
Nəticədə hər iki nəqliyyat vasitəsinə, xüsusilə yol polisinin xidməti maşınına ciddi ziyan dəyib.
Qəza nəticəsində xəsarət alan olmayıb.