Bakıda dənizdə batan şəxsin meyiti tapılıb. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Mərhum nəzarət olunmayan ərazidə aşkarlanıb. Hadisə yerində FHN-in əməkdaşları cəlb olunublar.
Cəsəd aidiyyəti üzrə təhvil verilib.