Bakıda məhkumlar həbsxanada ölüb. Bu haqda 11 avqust tarixində Lent.az məlumat verib.
Penitensiar xidmətin Müalicə Müəssisəsində müalicə alan məhkumlar Arif Şəmilov, Bəhram Cəfərov, Sabbas Ağacanov, Gülağa İmamverdiyev və Aydın Qulamov dünyasını dəyişiblər. Ölüm səbəbi kimi ağır xəstəlik göstərilir.
Bundan əvvəl, 4 avqust tarixində 2 məhkum Penitensiar xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişmişdir.