Bakıda içərisində 5500 manat və 10 min dollar olan çantanı oğurlayan şəxs tutulub. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 26 iyul tarixində xəbər verir.
İyulun 25-də Bakı Dəmir yolu vağzalının yaxınlığında paytaxt sakini E.Umudova zor tətbiq edərək içərisində 5500 manat və 10.200 ABŞ dolları olan çantasını soyğunçuluq yolu ilə talayıb qaçmaqda şübhəli bilinən şəxs tutulub.
Həmin şəxsin Neftçala şəhər sakini A.Əkbərov olduğu müəyyən edilib.
Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb.