Paytaxt ərazisində əks yola çıxaraq ötmə hərəkəti etmək istəyən avtomobil qəza törədib. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
“Daewoo” markalı nəqliyyat vasitəsi qoşa düz xətti tapdalayaraq ötmə hərəkəti etməyə başlayıb. Bu zaman o, dönmək üçün irəlidə gözləyən nəqliyyat vasitəsinə çırpılıb.
Hadisə anı şahidlərin kamerasına düşüb.