Bakıda sürücü narkotikin təsiri altında avtobus idarə edib. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 28 iyun tarixində xəbər verir.
Sulutəpə qəsəbəsindən paytaxt istiqamətində hərəkətdə olan “MİDİBUS” markalı, 90-CT-684 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Rəşad Nəcəfov Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı tibbi müayinədən keçən Rəşad Nəcəfovun narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.
Rəşad Nəcəfov, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 15 gün müddətinə inzibati qaydada həbs edilib.
[caption id="attachment_50164" align="alignnone" width="800"]
Foto DYP İnstagram səhifəsi[/caption]