Bakıda "Bolt"-un çatdırılma xidmətinin əməkdaşı nigeriyalı turisti qarət edib. Bu haqda 3 avqust tarixində Lent.az məlumat verib.
Nigeriya vətəndaşı Marvan Fəllahtah İbn Saleh polisə müraciət edib və polis əməkdaşları tərəfindən tədbirlər görülüb. Axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin kimliyi müəyyən edilib və əcnəbiyə dəymiş ziyan ödətdirilib.