Bakıda parkda gecələyən ana və 5 uşağı sığınacağa yerləşdiriliblər. Bu haqda BakuPlus.az Lent.az-a istinadən bu gün, 8 avqust tarixində xəbər verir.
Ana və 5 uşağının parkda gecələməsi barədə videogörüntülər sosial şəbəkələrdə yayılmışdır.
Həmin görüntülərdə ana və uşaqlarının “Şamaxinka” deyilən ərazidəki parkda yaşadığı görünür.
Məsələyə Daxili İşlər Nazirliyi müdaxilə edib. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, ana və uşaqları müəyyən olunaraq sığınacağa yerləşdiriliblər.