Paytaxtın Heydər Əliyev prospektində ölümlə nəticələnən avtoqəza baş verib. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
35 yaşlı Fəhimə Şahverdiyeva “Volkswagen” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman yolu keçən 64 yaşlı Mərdan Mehdiyevi vurub.
Piyada hadisə yerində dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb.