Bakıda keçmiş məhkum qadının çantasını talayıb. Bu haqda 30 iyun tarixində kriminalqafqaz.az məlumat verib.
İyunun 30-da Bakı şəhər sakini G.Musazadənin, içərisində bank kartları, sənədlər və kosmetik əşyalar olan çantası talanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Kərimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.