Bakının Səbail rayonunda restoranların birində xəsarətlərlə nəticələnən dava baş verib. Bu haqda bu gün, 27 iyun tarixində Lent.az məlumat verib.
H.Z. Tağıyev küçəsində yerləşən restoranda baş verən mübahisə zəminində Füzuli sakini, 23 yaşlı Aydın Cəfərli xəsarət alıb.
Hadisə ilə bağlı Səbail polisi tərəfindən araşdırma aparılır.