Ayağını pəncərədən çıxararaq maşın sürən "Toyota Prius" sürücüsü həbs olunub. Bu haqda 6 iyul tarixində Avtosfer.az məlumat verib.
Bakı şəhər Dövlət Yol Polisi ayağını avtomobildən çölə çıxararaq yolda şütüyən sürücünü saxlayıb. Onun barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib.
Belə ki, 90-EY-886 dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü 10 gün müddətinə inzibati qaydada həbs olunub.