Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə iki nəfər şübhəli şəxs qismində saxlanılıb. Bu haqda bu gün, 14 iyul tarixində DİN-in mətbuat xidməti məlumat verib.
Bildirilir ki, beynəlxalq narkotik şəbəkəsinin üzvləri - əvvəllər məhkum olunmuş Şirvan şəhər sakinləri Məhəbbət Hüseynov və Əziz Əsgərov ölkə ərazisində narkotik vasitələrin qaçaqmalçılığı və yayılması ilə məşğul olublar.
Əməliyyatın nəticəsində külli miqdarda narkotik vasitə və psixotrop maddələr ələ keçirilib.
Belə ki, saxlanılan şəxslərin ünvanlarından 86 kq narkotik vasitə - 78 kq heroin, 8 kq metamfetamin və elektron tərəzi aşkar edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
[caption id="attachment_52472" align="alignnone" width="800"]
Foto Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəsmi Youtube kanalı[/caption]