Bakıda əcnəbi vətəndaşa qarşı dələduzluq edilib. Bu haqda BakuPlus.az Kriminlaqafqaz-a istinadən bu gün, 12 iyul tarixində xəbər verir.
Türkiyə vətəndaşı 40 yaşlı Leyla Raif Kara ərizə ilə Polis Şöbəsinə müraciət edərək 26 yaşlı Quba rayon sakini Elçin Hüseynov tərəfindən aldadıldığını bildirib.
Onun sözlərinə görə, Elçin Hüseynov 2018-ci ildən cari ilin yanvar ayınadək olan müddətdə torpaq sahəsi almaq adı ilə Leyla Raif Karanı aldadaraq 36.000 dollar pulunu götürüb.
Faktla bağlı araşdırma aparılır.