Bakıda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 8 iyul tarixində xəbər verir.
Paytaxt ərazisində avtomobil yolu keçən 12 yaşlı Əliabbas Abbaslını vurub.
Xəstəxanaya çatdırılan yaralıya sağ qolun sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.