Bakıda yükdaşıma qaydalarını pozan və polisin qanuni tələbinə əməl etməyərək idarə etdiyi nəqliyyat vasitəsi ilə yolu bağlamağa çalışan sürücü həbs edilib. Bu haqda BakuPlus.az Baş Dövlət Yol Polisi İdarəsinə istinadən bu gün, 9 avqust tarixində xəbər verir.
Avqustun 6-da idarə etdiyi “DAF” markalı yük maşını ilə yükdaşıma qaydalarını pozduğuna görə YPX-nın əməkdaşları tərəfindən saxlanılan, bu zaman polisin qanuni tələbinə əməl etməyərək yolu bağlamağa çalışan Ağstafa rayon sakini İsmayıl Mikayılov barəsində müvafiq sənədləşmə aparılıb və aidiyyəti üzrə məhkəməyə göndərilib.
O, məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.