Dövlət Ekoloji Təhlükəsizlik Xidməti paytaxtın Xətai və Nərimanov rayonlarında ağacların kəsilməsi faktlarını aşkar edib. Bu haqda bu gün, 8 iyul tarixində Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Nəticədə “Leyla Medical Center” Klinikası və Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi barəsində müvafiq akt tərtib edilib. Toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.
Həmçinin, yoxlama zamanı Bərdə, Ağdam və Balakən rayonlarında oxşar hadisələr qeydə alınıb. Təbiətə ümumilikdə 34.330 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.